Putinin iqamətgahına dron hücumu ilə bağlı iddiaları təsdiqləyən dəlil yoxdur
Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukrayna dronlarının guya prezident Vladimir Putinin iqamətgahına hücum etməsi ilə bağlı bəyanatını təsdiqləyən heç bir sübut tapmayıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə ISW-nin hesabatında qeyd olunub. Ukraynanın Rusiya ərazisinə endirdiyi təsdiqlənmiş zərbələr adətən açıq mənbələrdə əksini tapan konkret dəlillərlə müşayiət olunur.
Bu cür sübutlara geolokasiyalı videolar, Rusiya hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti, partlayışlar, yanğınlar, hədəf əraziləri yaxınlığında tüstü buludları, eləcə də yerli hakimiyyət orqanları və Rusiya mediası tərəfindən yayımlanan məlumatlar daxildir. Hesabatda vurğulanır ki, Putinin iqamətgahı ilə bağlı iddialar üzrə bu tip dəlillər müşahidə olunmayıb.
Türkan Kərimli
09:39 31.12.2025
Oxunuş sayı: 1227