Serbiya prezidenti Vuçiç: Avropanın ən güclü HHM sistemlərindən birini quracağıq
Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, iki gün əvvəl bir neçə milyard avro dəyərində iri hərbi müqavilələr imzalanıb. Onun sözlərinə görə, bu razılaşmalar ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə xidmət edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Vuçiç qeyd edib. Serbiya İsrailin hava hücumundan müdafiə sistemləri olan “Dəmir Günbəz” və “Dəmir Yumruq” texnologiyalarının birləşməsinə əsaslanan yeni HHM modeli yaradacaq.
Serbiya dövlət başçısı vurğulayıb ki, həyata keçirilən layihələr nəticəsində ölkə hava hücumundan müdafiə baxımından Avropada ən yaxşı təchiz olunmuş sistemlərdən birinə sahib olacaq.
Türkan Kərimli
09:28 31.12.2025
Oxunuş sayı: 1292