Vnukovo hava limanında əməliyyatlara müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb
Vnukovo hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Rosaviasiya”nın sözçüsü Artem Korenyako dekabrın 30-da bildirib.
O, Telegram kanalında yazıb: "Təyyarələrin giriş-çıxışına qoyulan məhdudiyyətlər aradan qaldırılıb".
Qeyd olunur ki, bu məhdudiyyətlər təyyarə uçuşlarının təhlükəsizliyini təmin etmək üçün tətbiq edilib.
04:40 31.12.2025
Oxunuş sayı: 976