MDB Dövlət Başçıları Şurasının iclası 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək
MDB Dövlət Başçıları Şurasının iclası gələn il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
Crossmedia.az Türkmənistanın "Vatan" televiziyasına istinadən xəbər verir ki, iclasın vaxtı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Federasiya Şurasının sədri Valentina Matviyenko ilə telefon danışığı zamanı məlum olub.
Berdiməhəmmədov qeyd edib ki, sammit Türkmənbaşıdakı Avaza Milli Turizm Zonasında keçiriləcək.
22:40 30.12.2025
Oxunuş sayı: 1198