Putinin iqamətgahına iddia edilən hücum beynəlxalq narahatlıq doğurdu
Pakistanın Baş naziri Şahbaz Şərif Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin dövlət iqamətgahına guya həyata keçirdiyi hücumu dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hadisə Hindistanın Baş naziri Narendra Modinin də tənqidinə səbəb olub. Modi insidentlə bağlı dərin narahatlığını ifadə edərək, gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb.
Mehriban İbrahimli
21:33 30.12.2025
Oxunuş sayı: 1509