Rusiya AZAL faciəsi ilə bağlı öhdəliklərin qüvvədə qaldığını təsdiqləyib
Rusiya Federasiyasındakı Azərbaycan səfirliyi səfir Rəhman Mustafayevin RF Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin ilə görüşünü şərh edib.
Bu barədə Crossmedia.az xəbər verir.
Görüşdə tərəflər 2025-ci ildə Azərbaycan-Rusiya münasibətlərinin nəticələrini müzakirə ediblər. Səfir xatırladıb ki, il 2024-cü ilin dekabrında baş vermiş AZAL təyyarəsi faciəsi fonunda keçib və Düşənbədə 9 oktyabr tarixində prezidentlərin görüşündə əldə olunmuş razılaşmaların önəmi vurğulanıb.
Rusiya tərəfi bildirib ki, prezidentin kompensasiyalar və vəzifəli şəxslərin hərəkətlərinin hüquqi qiymətləndirilməsi ilə bağlı bəyanatı prosesual qərarlar vasitəsilə əvəz olunmur və ya ləğv edilmir.
Türkanə Məşədiyeva
21:00 30.12.2025
Oxunuş sayı: 1296