Ukraynada məcburi evakuasiya
Ukraynada təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsi fonunda ölkənin şimal və mərkəzi bölgələrində fövqəladə tədbirlər görülür.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Dnepropetrovsk və Çerniqov vilayətlərində 59 yaşayış məntəqəsini əhatə edən məcburi evakuasiya elan olunub. Evakuasiya Rusiya qoşunlarının irəliləməsi və davam edən artilleriya atəşləri fonunda həyata keçirilir.
Davam edən hərbi əməliyyatlar, intensiv raket və artilleriya atəşləri, eləcə də Rusiya qoşunlarının irəliləməsi mülki əhali üçün ciddi təhlükə yaradıb.
Qərar bölgədə yaşayan insanların həyat və sağlamlığının qorunmasına yönəlib və müharibənin təsirlərinin daha da dərinləşdiyini göstərir.
Zeynəb Xuduyeva
20:53 30.12.2025
Oxunuş sayı: 1343