Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 357 nəfər saxlanılıb
Türkiyədə terrorla mübarizə tədbirləri çərçivəsində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Təhlükəsizlik qüvvələrinin koordinasiyalı fəaliyyəti nəticəsində ölkənin bir sıra bölgələrində radikal qruplaşmalarla əlaqədə şübhəli bilinən şəxslər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, ölkənin 21 vilayətində bu səhər keçirilən əməliyyatlar zamanı İŞİD terror təşkilatına üzvlükdə şübhəli bilinən 357 nəfər saxlanılıb.
Nazir bu barədə X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, əməliyyatlar polis qüvvələri tərəfindən həyata keçirilib.
Rəsmi qurumlar əməliyyatların ictimai təhlükəsizliyin təmin olunmasına yönəldiyini bildiriblər.
Zeynəb Xuduyeva
16:45 30.12.2025
Oxunuş sayı: 1338