Özbəkistan və Türkiyə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətindədir
Özbəkistanın Türkiyədəki səfiri İlxom Xaydarov Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu ilə danışıqlar aparıb. Görüş zamanı tərəflər ikitərəfli ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması niyyətini təsdiqləyiblər.
Crossmedia.az xəbər verir ki, hazırda Özbəkistan və Türkiyə arasında qarşılıqlı ticarətin həcmi 2,4 milyard dollara çatıb.
Tərəflər qeyd ediblər ki, bu göstəricinin artırılması üçün ciddi potensial mövcuddur. Bildirilib ki, iki ölkənin ixrac və idxal strukturu böyük ölçüdə oxşardır və xarici bazarlarda yüksək rəqabət qabiliyyətinə malikdir.
Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu vurğulayıb ki, Türkiyə ilə Özbəkistan arasında imzalanmış preferensial ticarət sazişinin imkanlarından daha fəal istifadə olunması xüsusi əhəmiyyət daşıyır. O xatırladıb ki, Ankara bu cür sazişləri Pakistan, Azərbaycan və İranla da imzalayıb.
Türkan Kərimli
16:15 30.12.2025
Oxunuş sayı: 2974