İspaniya: “Ursa Major” gizli nüvə reaktoru hissələri daşıyıb
İspaniya istintaqçıları 2024-cü ilin dekabrında sahillərində batan Rusiyaya məxsus “Ursa Major” yük gəmisinin rəsmi olaraq bəyan edilən buzqıran avadanlıqları deyil, Şimali Koreyaya göndərilməsi nəzərdə tutulan VM-4SG nüvə reaktoru komponentlərini daşıdığını iddia edir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hava çəkilişləri bu detalların mövcudluğunu göstərib, xilasetmə zamanı Rusiya hərbi gəmilərinin müdaxiləsi və “Yantar” gəmisinin bölgəyə gəlişi isə əlavə şübhələr yaradıb.
16:06 30.12.2025
Oxunuş sayı: 3093