Valerii Zalujnı yanvarda istefa verərək Kiyevə qayıtmağı planlaşdırır
Ukraynanın Böyük Britaniyadakı səfiri, eləcə də Silahlı Qüvvələrin keçmiş baş komandanı Valerii Zalujnının 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsindən istefa verərək Kiyevə qayıtmağı planlaşdırdığı bildirilir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Zalujnı bu niyyəti barədə Ukrayna Prezidenti Volodimir Zelenskiyə bir neçə həftə əvvəl məlumat verib. Rəsmi açıqlamanın yanvarın 4–5-də verilməsi gözlənilir.
Qeyd edək ki, məsələ ilə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama yayılmayıb.
Nəzrin Abbas
16:00 30.12.2025
Oxunuş sayı: 2885