İrəvan və Ankara arasında dialoq müsbət və intensivdir- Mirzoyan
Ermənistanın xarici işlər naziri Mirzoyan bildirib ki, İrəvan ilə Ankara arasında intensiv və pozitiv dialoq qurulub. Onun sözlərinə görə, bu dialoqun nəticəsində irəliləyiş gözlənilir.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mirzoyan müddət barədə proqnoz verməkdən çəkinib və qeyd edib ki, normallaşma yalnız Ermənistan və Türkiyə üçün deyil, həm də Azərbaycan, eləcə də beynəlxalq tərəfdaşlar — Avropa, Mərkəzi Asiya, ABŞ, Rusiya və İran üçün faydalıdır.
Türkanə Məşədiyeva
15:38 30.12.2025
Oxunuş sayı: 2698