Mirzoyan: Rusiya ilə münasibətlərin kəsilməsi gündəmdə deyil
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, hökumətin Rusiya ilə münasibətləri kəsmək kimi bir gündəliyi yoxdur.
Crossmedia.az bu barədə xəbər verir. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və bu çərçivədə əməkdaşlığı ölkə üçün faydalı hesab edir.
Mirzoyan qeyd edib ki, Avropa İttifaqı ilə Aİİ arasında mümkün seçim məsələsi hazırda aktual deyil və bu mövzu yalnız gələcəkdə müzakirə predmeti ola bilər.
Türkan Kərimli
15:09 30.12.2025
Oxunuş sayı: 2586