Medvedevdən sərt mesaj: Ömrü boyu gizlənəcək
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna ilə bağlı növbəti sərt açıqlama ilə çıxış edib. O, münaqişənin nizamlanması prosesinə mane olmağa çalışan tərəflərdən birini kəskin ifadələrlə tənqid edərək, belə addımların ciddi nəticələrə səbəb olacağını bildirib.
Crossmedia.az xəbər verir ki, “‘İyrənc Kiyev alçağı’ münaqişənin həllini pozmağa çalışır və bundan sonra ömrünün sonunadək gizlənməli olacaq”, — Medvedev bildirib.
Medvedevin sözlərinə görə, sözügedən şəxs guya sülh cəhdlərini pozmağa çalışır və bu səbəbdən gələcəkdə daim təhlükə hissi ilə yaşamağa məcbur qalacaq.
Zeynəb Xuduyeva
14:02 30.12.2025
Oxunuş sayı: 3127