Ukrayna Putinin iqamətgahına deyil, nüvə qərarları mərkəzinə hücum edib - Arestoviç
Ukraynanın keçmiş müşaviri Aleksandr Arestoviç bildirib ki, Ukrayna dronlarla yalnız Rusiya Prezidentinin iqamətgahına deyil, həm də “nüvə qərarları mərkəzinə” hücum həyata keçirib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, bu xüsusi obyekt nüvə müharibəsi halında Rusiya Silahlı Qüvvələrinin idarə olunması üçün nəzərdə tutulmuşdu və zərbə qərb mənbələri tərəfindən də təsdiqlənib. Hücumun əsas məqsədinin kommunikasiya düyünləri olduğu güman edilir. Dronlar hədəfə çata bilməsə də, hücumun özü Moskvanın kəskin etirazına səbəb olub.
Arestoviç vurğulayıb ki, Kiyevə nüvə zərbəsi endirilməyəcək, lakin cavab olaraq balistik vasitələrlə qərar mərkəzlərinə zərbə endirilməsi ehtimalı istisna edilmir.
Türkanə Məşədiyeva
14:20 30.12.2025
Oxunuş sayı: 2754