Hollivud ulduzu Corc Kluni və ailəsi fransız pasportu alıb
Hollivud ulduzu Corc Kluni, həyat yoldaşı Amal Kluni və onların iki övladı fransız pasportu əldə ediblər.
Bu barədə Crossmedia.az France Press-ə istinadən xəbər verir.
Məlumata görə, Kluni ailəsi artıq Fransada rəsmi vətəndaş hüquqlarına malikdir və ölkədə yaşamaq, işləmək və sərbəst səyahət etmək imkanına sahib olacaq. Bu addım ailənin həm şəxsi, həm də professional həyatında daha çevik hərəkət etməsinə şərait yaradır.
Türkanə Məşədiyeva
14:15 30.12.2025
Oxunuş sayı: 3069