Zaxarova: Ukraynanın hücumuna Rusiyanın cavabı diplomatik olmayacaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın Prezident Vladimir Putinin dövlət iqamətgahına hücum cəhdinə Rusiyanın cavabının diplomatik olmayacağını bildirib.
Crossmedia.az xəbər verir ki, Zaxarova “Qoy Kiyev ümid etməsin” deyə açıqlama verib. Onun sözlərinə görə, baş verənlər cavabsız qalmayacaq.
Məlumata görə, dekabrın 29-da Ukrayna hərbçiləri Novqorod vilayətində yerləşən Prezident Putinin iqamətgahına zərbə endirməyə cəhd ediblər. Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə vasitələrinin ümumilikdə 91 pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb. Xarici işlər naziri Sergey Lavrov da Kiyevin bu addımlarının Moskva tərəfindən cavabsız qoyulmayacağını qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski isə Kiyevin sözügedən hücumda iştirakını inkar edib.
Türkan Kərimli
13:37 30.12.2025
Oxunuş sayı: 3382