Suriya BMT-də İsrailin Colan təpələrindən çıxmasını tələb edib
Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Olabi bildirib ki, İsrail Suriyaya məxsus Colan təpələrini artıq təxminən 60 ildir işğal altında saxlayır və BMT Baş Assambleyası bu ay yenidən region üzərində Suriyanın suverenliyini təsdiqləyib.
Crossmedia.az SANA agentliyinə istinadən xəbər verir ki, Olabinin sözlərinə görə, Baş Assambleyada 123 ölkə İsrail qoşunlarının Colan təpələrindən tam çıxarılmasının lehinə səs verib. O qeyd edib ki, İsrail bölgədə mövqelərini möhkəmləndirməyə davam edir və beynəlxalq hüququ pozur.
BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Olabi İsrailin BMT-nin sülhməramlı missiyasının fəaliyyətinə mane olduğunu, həmçinin 1974-cü il Ayrılma Sazişinə əməl edərək Hermon dağından qoşunlarını çıxarmalı olduğunu vurğulayıb. Bildirilib ki, BMT Təhlükəsizlik Şurası bu gün UNDOF-un mandatını daha altı ay müddətinə uzadıb.
Türkan Kərimli
13:30 30.12.2025
Oxunuş sayı: 2852