ABŞ ordusu Sakit okeanda narkotik daşıdığı iddia edilən gəmiyə zərbə endirib
ABŞ hərbi qüvvələri Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir gəmiyə hava zərbəsi endirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin Cənub Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada bildirilir ki, kəşfiyyat məlumatları həmin gəminin Şərqi Sakit okeanda narkotik ticarəti üçün tanınmış marşrutlar üzrə hərəkət etdiyini və narkotik qaçaqmalçılığı əməliyyatlarında iştirak etdiyini təsdiqləyib. Zərbə nəticəsində iki kişi narkoterrorçu öldürülüb.
Məlumata görə, əməliyyat Birləşmiş Əməliyyat Qrupu “Southern Spear” tərəfindən, Pentaqon rəhbəri Pit Heqsetin göstərişi ilə həyata keçirilib. Hadisə ilə bağlı əlavə detallar açıqlanmayıb.
Türkanə Məşədiyeva
13:20 30.12.2025
Oxunuş sayı: 3091