Səudiyyə rəhbərliyindəki koalisiya Yəməndə hərbi əməliyyata başlayıb
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin Hadramaut əyalətində məhdudmiqyaslı hərbi əməliyyatın başladığını elan edib. Əməliyyat Cənub Keçid Şurasının Əl-Mukalla limanını ələ keçirməsindən sonra başlanıb.
Bu barədə Crossmedia.az Saudi Press Agency-ə istinadən xəbər verir.
Bildirilib ki, əməliyyatın əsas məqsədi bölgədə təhlükəsizliyi təmin etmək, dəniz yollarının və liman infrastrukturunun nəzarətsiz silahlı qrupların əlinə keçməsinin qarşısını almaqdır. Koalisiya vəziyyətin daha da gərginləşməməsi üçün əməliyyatların məhdud çərçivədə aparıldığını vurğulayıb.
Türkanə Məşədiyeva
12:55 30.12.2025
Oxunuş sayı: 2887