Yəməndə 90 günlük fövqəladə vəziyyət elan edilib
Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi ölkədə 90 gün müddətinə fövqəladə vəziyyətin tətbiqi ilə bağlı fərman imzalayıb.
Bu barədə Crossmedia.az Yəmənin SABA agentliyinin yaydığı məlumata istinadən xəbər verir.
Fərmana əsasən, fövqəladə vəziyyət 2025-ci il dekabrın 30-dan qüvvəyə minir və zərurət yaranacağı təqdirdə müddətin uzadılması mümkündür.
Sənəddə qeyd olunur ki, bu addım 2014-cü ildən bəri davam edən çevriliş cəhdlərinə qarşı mübarizə, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən göstəriş aldıqları bildirilən üsyançı qrupların Yəmənin şərq vilayətlərində hərbi əməliyyatlara başlaması və ölkənin parçalanması cəhdləri ilə əlaqədardır.
Rəşad Məhəmməd əl-Əlimi həmçinin separatçı qüvvələrin fəaliyyətinə görə Birləşmiş Ərəb Əmirlikləri ilə birgə müdafiə sazişinin ləğv edildiyini açıqlayıb. Fərmanda sazişin tam şəkildə qüvvədən düşdüyü bildirilir.
Bundan əlavə, Yəmən hakimiyyəti BƏƏ-dən ölkə ərazisində olan bütün hərbi qüvvələrini və texniki heyətini 24 saat ərzində geri çəkməyi tələb edib.
Mehriban İbrahimli
12:48 30.12.2025
Oxunuş sayı: 3135