Çinin YJ-12 raketləri daşıyan H-6 bombardmançı təyyarəsi ilk dəfə görüntülənib
Çinin YJ-12 qanadlı raketlərini daşıyan H-6 tipli bombardmançı təyyarəsi ilk dəfə olaraq ictimaiyyətə nümayiş olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, görüntülər Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının artırılması məqsədilə keçirdiyi təlimlər zamanı qeydə alınıb. Strateji bombardmançı hesab olunan H-6 təyyarəsinin yüksək sürətli və uzaqmənzilli YJ-12 raketləri ilə təchiz edilməsi Çinin hava-dəniz zərbə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirir. Hərbi ekspertlər bu addımı Pekinin regionda hərbi balansı möhkəmləndirməyə yönəlmiş növbəti mesajı kimi dəyərləndirirlər.
Günel Verdiyeva
13:15 30.12.2025
Oxunuş sayı: 3507