ABŞ-nin BMT-yə humanitar yardımı kəskin azaldılıb
ABŞ-də Donald Trampın prezidentliyi dövründə Birləşmiş Millətlər Təşkilatına humanitar yardım məqsədləri üçün cəmi 2 milyard dollar vəsait ayrılıb. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli aşağıdır.
Bu barədə Crossmedia.az Associated Press -ə istinadən xəbər verir.
Qeyd edilir ki, ABŞ-nin humanitar proqramlar üzrə BMT-yə ayırdığı ənənəvi illik maliyyə dəstəyi 17 milyard dollara qədər çatırdı. Ayrılan vəsaitin azalması beynəlxalq humanitar layihələrin maliyyələşdirilməsinə ciddi təsir göstərə bilər.
Türkanə Məşədiyeva
11:45 30.12.2025
Oxunuş sayı: 2925