“Məclis” Krımla bağlı danışıqlara Krım tatarlarının qatılmasını tələb edir
Krım tatar xalqının təmsilçi orqanı olan “Məclis” Ukrayna Prezidenti Volodimir Zelenskini Krımla bağlı aparılan bütün danışıqlara Krım tatar xalqının nümayəndəsinin daxil edilməsinə çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı təşkilatın sədri Rəfat Çubarov tərəfindən imzalanan bəyanat yayılıb. Sənəddə qeyd olunur ki, Krımın taleyi ilə bağlı qərarların Krım tatar xalqının iştirakı olmadan qəbul edilməsi yolverilməzdir.
Bəyanatda Zelenskidən gələcək sülh sazişi layihəsində Krımın Rusiya Federasiyasının tərkib hissəsi kimi hüquqi və ya faktiki tanınmasından imtinanın açıq şəkildə təsbit olunması da tələb edilir.
Türkan Kərimli
11:30 30.12.2025
Oxunuş sayı: 3151