Pezeşkian: Etirazçıların tələbləri dinlənilməli və problemlərin həlli üçün addımlar atılmalıdır
İran Prezidenti Məsud Pezeşkian ölkədə baş verən etirazlarla bağlı açıqlama verərək, etirazçıların tələblərinin dinlənilməsi və mövcud problemlərin həlli üçün bütün imkanların səfərbər olunması barədə göstəriş verdiyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Pezeşkian sosial şəbəkə X-də paylaşımında əhalinin rifahının onun gündəlik əsas qayğısı olduğunu vurğulayıb. O qeyd edib ki, hökumət pul-kredit və bank sisteminin islahatı, eləcə də vətəndaşların alıcılıq qabiliyyətinin qorunması istiqamətində əsas tədbirlər planlaşdırıb.
Prezidentin sözlərinə görə, daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə dialoq aparmaq, onların qanuni tələblərini dinləmək tapşırılıb ki, hökumət problemlərin həlli üçün məsuliyyətli şəkildə bütün mümkün addımları atsın.
Türkan Kərimli
11:18 30.12.2025
Oxunuş sayı: 4549