Bakı həbs olunan rusiyalılarla bağlı konsulluq görüşünə icazə verib
Azərbaycan tərəfi Rusiyanın diplomatlarına ölkədə həbs olunan Rusiya vətəndaşlarını ziyarət etməyə icazə verib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya tərəfi son günlərdə Azərbaycanda saxlanılan 11 rusiyalı ilə bağlı yenidən konsulluq çıxışı əldə edib. Qaluzin vurğulayıb ki, həbs olunan Rusiya vətəndaşlarının məsələsi Azərbaycan istiqamətində aparılan işlərdə Moskva üçün “əsas prioritetlərdən biridir”.
Rəsmi Moskva bu məsələnin diqqət mərkəzində saxlanıldığını və müvafiq kanallar vasitəsilə müzakirələrin davam etdirildiyini bildirib.
Günel Verdiyeva
11:03 30.12.2025
Oxunuş sayı: 2924