Müxalif “Vətən” Partiyasının baş katibi Xaçik Qalstyan saxlanılıb
Gecə saatlarında müxalif “Vətən” (“Отечество”) partiyasının baş katibi Xaçik Qalstyan saxlanılıb.
Bu barədə Crossmedia.az Ermənistan mətbuatı onun vəkili Arsen Babayanın açıqlamasına istinadən xəbər verir.
Daha sonra partiyanın digər nümayəndəsi Aram Koçaryanın da Vaqarşapat şəhərində saxlanıldığı bildirilib. Hadisənin detalları ilə bağlı rəsmi açıqlama verilməyib.
Mehriban İbrahimli
11:00 30.12.2025
Oxunuş sayı: 2627