İran Trampın bəyanatlarına cavab verib: sərt tədbirlər görüləcək
İran ABŞ Prezidenti Donald Trampın xəbərdarlıqlarına cavab olaraq sərt mövqe nümayiş etdirib. İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin siyasi müşaviri Əli Şamxani bildirib ki, Tehrana qarşı hər hansı aqressiya cavabsız qalmayacaq.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Şamxaninin sözlərinə görə, İranın raket potensialı və müdafiə imkanları heç bir xarici nəzarətə tabe deyil və üçüncü tərəflərin icazəsindən asılı olmadan formalaşdırılıb. O vurğulayıb ki, mümkün hücum dərhal və sərt cavabla qarşılanacaq.
Rəsmi açıqlamada qeyd olunub ki, cavab tədbirləri əvvəlcədən planlaşdırılır və təhlükələr real mərhələyə keçməmiş hazırlıq görülür. Bu bəyanat Tehranla Vaşinqton arasında artan siyasi gərginlik fonunda səsləndirilib.
Nigar Yahyazadə
10:44 30.12.2025
Oxunuş sayı: 3110