Səudiyyə Ərəbistanı Yəməndə Əl-Mukalla limanına zərbələr endirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya çərşənbə axşamı səhər saatlarında Yəmənin Əl-Mukalla liman şəhərinə hava zərbələri endirib.
Crossmedia.az bu barədə SPA agentliyinə istinadən xəbər verir.
Zərbələrin hədəfi Fuceyrədən (BƏƏ) gələn iki gəmidən boşaldılan silah və hərbi texnika olub. Bildirilir ki, bu silahlar BƏƏ-nin dəstəklədiyi Cənub Keçid Şurasının qüvvələrinə çatdırılmalı imiş. Hadisə nəticəsində tələfat barədə məlumat verilməyib.
Günel Verdiyeva
10:34 30.12.2025
Oxunuş sayı: 3507