Nijni Novqorodda çoxmənzilli binanın zirzəmisində partlayış baş verib
Nijni Novqorodda çoxmənzilli binanın zirzəmisində partlayış nəticəsində istilik sisteminə ziyan dəyib.
Crossmedia.az xəbər verir ki,bu barədə dekabrın 29-da Nijni Novqorod Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Telegram kanalı bildirir ki, yanğın 10 kvadratmetr sahəni əhatə edib və hadisə yerində mərkəzi istilik borusunun partlaması aşkar edilib.
Prokurorluq vəziyyəti xüsusi nəzarətə götürüb və partlayışın səbəblərini, eləcə də kommunal sistemlərin texniki xidmətinin keyfiyyətini müəyyən etmək üçün araşdırma aparılır.
23:25 29.12.2025
Oxunuş sayı: 3335