Beyonsenin sərvəti 1 milyard dolları keçdi
Amerikalı müğənni Beyonsenin rəsmi olaraq ABŞ dolları ilə milyarder statusu qazandığı bildirilib.
Bu barədə Crossmedia.az Forbes biznes jurnalının məlumatına istinadən xəbər verir.
Sənətçinin sərvətindəki bu əhəmiyyətli artım son dövrlərdəki uğurları ilə bağlıdır.
Beyonsenin maliyyə yüksəlişinə “Cowboy Carter” albomunun böyük uğuru və bu ilin “ən çox gəlir gətirən konsert turu” kimi qiymətləndirilən turnesi ciddi təsir göstərib.
Bununla da Beyonse milyarder musiqiçilər sırasında yer alaraq Jay-Z, Rihanna və Taylor Swift kimi ulduzların daxil olduğu eksklüziv siyahıya qoşulub.
Mehriban İbrahimli
22:55 29.12.2025
Oxunuş sayı: 3579