Özbəkistan və Türkiyə ticarət dövriyyəsini 5 milyard dollara çatdırmağı planlaşdırır
Özbəkistanın səfiri İlxom Xaydarov Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu ilə görüş keçirib. Görüşdə tərəflər ikili ticarət dövriyyəsini 5 milyard dollara çatdırmaq niyyətlərini təsdiqləyiblər. Məlumata görə, hazırda Özbəkistan və Türkiyə arasında qarşılıqlı ticarət həcmi 2,4 milyard dollar təşkil edir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Görüşdə həmçinin qeyd olunub ki, ticarət həcminin artırılması üçün əsaslı potensial mövcuddur və hər iki ölkənin ixrac və idxal strukturu xarici bazarlarda yüksək rəqabət qabiliyyətinə malikdir.
Mustafa Tuzcu Özbəkistan ilə imzalanmış üstünlük verilmiş ticarət sazişinin daha fəal istifadəsinin vacibliyini vurğulayıb. Bu saziş Türkiyə tərəfindən Pakistan, Azərbaycan və İran ilə oxşar sənədlərlə yanaşı imzalanıb.
22:43 29.12.2025
Oxunuş sayı: 3342