Putin Tramp vasitəsilə Zelenskinin ABŞ səfərlərinə diplomatik zərbə vurur
Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a son səfəri ərəfəsində Rusiya Prezidenti Vladimir Putin bir gün əvvəl ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu addım Kiyevin “qələbə zirvəsi” kimi gördüyü görüşün faktiki olaraq uğursuzluğa çevrilməsinə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinin köşə yazarı Maks Seddon yazır
Məqalədə qeyd olunur ki, Putin eyni taktiqanı yenidən tətbiq edib: Zelenskinin bu gün Mayamidə Trampla görüşündən əvvəl də Rusiya lideri ABŞ prezidenti ilə əlaqə saxlayıb. Nəticədə görüşün əvvəlində Trampın mövqeyi əvvəlkindən fərqli olub.
Seddonun fikrincə, Putin hər dəfə Zelenskinin ABŞ səfərlərinə ciddi diplomatik zərbə vurmağa nail olur.
22:23 29.12.2025
Oxunuş sayı: 3382