Trampla Putin dron hücumunu telefon danışıqlarında müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı Ukrayna Silahlı Qüvvələrinin Rusiya prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücumu barədə məlumat verib.
ABŞ prezidenti bu xəbəri şok və qəzəblə qarşılayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, hücum ABŞ tərəfinin Mar-a-Laqoda baş tutan danışıqları müsbət qiymətləndirdiyi bir vaxtda həyata keçirilib.
“Vladimir Putin Donald Trampın diqqətini Kiyev rejiminin Rusiya prezidentinin Novqorod vilayətindəki dövlət iqamətgahına uzunmənzilli pilotsuz uçuş aparatları ilə genişmiqyaslı hücum təşkil etməsinə yönəltdi. ABŞ prezidenti bu xəbərdən sözün əsl mənasında şoka düşdü və qəzəbləndi”, – deyə Uşakov bildirib.
20:34 29.12.2025
Oxunuş sayı: 3665