Qruşko: PUA hücumu danışıqları pozmaq cəhdidir
Ukrayna Silahlı Qüvvələrinin Novqorod vilayətində yerləşən Rusiya prezidentinin iqamətgahına pilotsuz uçuş aparatları ilə hücumu danışıqlar prosesini pozmağa yönəlmiş ciddi cəhddir.
Crossmedia.az xarici kiv-ə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko dekabrın 29-da bildirib.
Onun sözlərinə görə, Kiyev və onu dəstəkləyən Qərb tərəfdaşları sülh prosesini məqsədli şəkildə pozmağa çalışırlar.
“Bu artıq adi praktikaya çevrilib. Danışıqlar prosesi həll yollarının tapılmasının həssas mərhələsinə daxil olan kimi, Ukrayna hakimiyyəti dinc nizamlanma üçün şəraitin yaranmasının qarşısını almaq məqsədilə təxribatçı addımlar atır”, – deyə diplomat vurğulayıb.
20:03 29.12.2025
Oxunuş sayı: 3305