Ukraynada qaz magistralında yanğın baş verib
Ukraynanın qərbində yerləşən Zakarpatye vilayətinin Mukaçevo rayonunda qaz magistralında yanğın qeydə alınıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə dekabrın 29-da regional Dövlət Fövqəladə Hallar Xidməti (SESU) məlumat yayıb.
Ukraynalı jurnalist Vitali Qlaqola Telegram kanalında bildirib ki, yanğının söndürülməsi və alovun meşə ərazisinə yayılmasının qarşısının alınması üçün 21 xilasedici və 7 texnika cəlb edilib.
Onun sözlərinə görə, yanğın Urenqoy–Pomarı–Ujqorod qaz kəmərinin bir hissəsində baş verib.
Qeyd olunub ki, hadisə kompressor stansiyasının ərazisində baş verməyib.
19:41 29.12.2025
Oxunuş sayı: 3345