Lavrovdan sərt mesaj: PUA hücumu danışıqlara təsir edəcək
Novqorod vilayətində baş verən insident regionda təhlükəsizliklə bağlı narahatlıqları artırıb. Hadisə ilə bağlı Sergey Lavrov rəsmi açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına görə, 29 dekabr gecəsi Ukraynaya məxsus pilotsuz uçuş aparatları Novqorod vilayətində yerləşən Vladimir Putinin iqamətgahına hücum edib.
Lavrov bildirib ki, Kiyev hakimiyyətinin “dövlət terrorizmi siyasətinə qəti şəkildə keçməsi” fonunda Rusiyanın danışıqlardakı mövqeyi yenidən nəzərdən keçiriləcək.
Zeynəb Xuduyeva
19:30 29.12.2025
Oxunuş sayı: 3388