Valeriy Zalujnı istefa vermir
Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı Valeriy Zalujnının istefaya getdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun media müşaviri Oksana Torop bildirib ki, heç bir dəyişiklik yoxdur və Zalujnı Britaniyada səfir postunda Ukraynanın maraqlarını qorumağa davam edir.
Torop həmçinin vurğulayıb ki, adları açıqlanmayan mənbələr tərəfindən yayılan məlumatlar düzgün deyil və sabiq baş komandanın planlarına aid deyil.
Nigar Yahyazadə
17:18 29.12.2025
Oxunuş sayı: 3186