Gürcüstan Ukraynaya 9 generator göndərir
Gürcüstan Ukraynaya müxtəlif gücə malik doqquz generator göndərəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yardım Ukraynaya bir neçə gün ərzində yerüstü nəqliyyatla çatdırılacaq.
Generatorların göndərilməsi barədə qərarı Gürcüstanın baş naziri Kobaxidze verib.
17:12 29.12.2025
Oxunuş sayı: 2956