Rusiya Vostoçnı kosmodromundan 50 kosmik aparat buraxıb
Rusiya bazar günü Uzaq Şərqdə yerləşən Vostoçnı kosmodromundan Ekvador, İran və Belarusun maraqları naminə kosmik aparatların buraxılışını həyata keçirib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, buraxılış nəticəsində “Aist” peykləri istisna olmaqla, ümumilikdə 50 kosmik aparat orbitə çıxarılacaq. Dövlət kosmik korporasiyası qeyd edib ki, bu aparatlar Rusiyada və dost ölkələrdə — İran, Belarus və Ekvadorda yerləşən şirkətlərin elmi tədqiqat və texnoloji ehtiyaclarına xidmət edəcək.
Pərvin Hacıyeva
16:42 29.12.2025
Oxunuş sayı: 3234