Çin Tayvan boğazında genişmiqyaslı hərbi təlimlərə başlayıb
Çin Xalq Azadlıq Ordusunun hava, dəniz və raket qoşunları Tayvan boğazına yönələrək "Ədalət Missiyası 2025" adlı genişmiqyaslı təlimlərə start verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təlimlərin məqsədi "sərt xəbərdarlıq"dır və yalnız boğazda deyil, həmçinin Tayvanın şimalı, cənub-qərbi, cənub-şərqi və şərqində keçiriləcək.
Çin təlimlərlə həmçinin Yaponiya tərəfini mümkün müdaxilədən xəbərdar edir. Tayvan Müdafiə Nazirliyi cavab olaraq öz qüvvələrini və raket sistemlərini yerləşdirərək vəziyyəti yaxından izləyir.
Nigar Yahyazadə
14:40 29.12.2025
Oxunuş sayı: 2598