Bitcoin təxminən 3 faiz bahalaşıb
Binance platformasının məlumatlarına görə, Bitcoin-in qiymətində təxminən 3 faizə yaxın artım qeydə alınıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva vaxtı ilə saat 07:35-ə (GMT 04:35) olan məlumata əsasən, Bitcoin 2,84 faiz artaraq 90 260 dollar səviyyəsinə yüksəlib.
Məlumata görə, kriptovalyuta bazarında müşahidə olunan bu artım investorların aktivliyinin yüksəlməsi fonunda baş verib.
Türkan Kərimli
14:10 29.12.2025
Oxunuş sayı: 2801