Ronaldo 1000 qol vurmağı hədəflədiyini açıqladı: “İnşallah, zədəsiz”
“Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldu Globe Soccer Awards mərasimində karyerası ərzində 1000 qol vurmağı qarşısına məqsəd qoyduğunu bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hazırda onun aktivində 956 qol var — Ronaldo son oyunda dubl edib.
Portuqaliyalı futbolçu ardıcıl üçüncü dəfə Yaxın Şərqdə ilin ən yaxşı futbolçusu seçilib.
Ronaldo karyerasını davam etdirməyin getdikcə çətinləşdiyini desə də, motivasiya və futbola olan həvəsinin hələ də yüksək olduğunu vurğulayıb.
O, qol vurmaq, titullar qazanmaq və qarşıya qoyduğu hədəfə çatmaq istədiyini bildirib:
“Əgər zədə olmasa — inşallah”, — deyə Ronaldu əlavə edib və hər kəsi Yeni il münasibətilə təbrik edib.
Mehriban İbrahimli
13:40 29.12.2025
Oxunuş sayı: 3013