Göyçə gölünün səviyyəsi kəskin azalıb
Ermənistanda son altı ay ərzində Göyçə gölünün səviyyəsi 17 sm azalaraq 1900,22 metrə düşüb, məlumatı “Gidroloji-meteorologiya və monitorinq mərkəzi”nin direktoru Levon Azizyan dekabrın 28-də keçirdiyi mətbuat konfransında açıqlayıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Mütəxəssislər bildirirlər ki, gölün səviyyəsinin aşağı düşməsinin əsas səbəbi uzun müddət davam edən quraqlıqdır. Bu vəziyyət ekosistemə və ətrafdakı əkin sahələrinə mənfi təsir göstərə bilər.
Türkanə Məşədiyeva
13:30 29.12.2025
Oxunuş sayı: 2655