Türkiyənin sabiq baş naziri: İsrail Somalilenddə peyk-dövlət yaratmaq və fələstinliləri ora köçürmək planı qurur
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu İsrailin Somalilendlə bağlı planları barədə ciddi açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İsrailin Somalilenddə başladığı proses yalnız bu regionla məhdudlaşmayacaq və uzun müddətdir hazırlanan genişmiqyaslı layihənin tərkib hissəsidir.
Davudoğlunun sözlərinə görə, əsas məqsəd Ədən körfəzi və Qırmızı dənizə çıxış nöqtəsində İsraildən asılı olan bir peyk-dövlət yaratmaqdır. Bu plan Türkiyə, Misir və Səudiyyə Ərəbistanını bir tərəfdən, Yəməni isə digər tərəfdən əhatəyə alaraq regionda yeni vətəndaş müharibəsini alovlandırmağa hesablanıb.
Sabiq baş nazir əlavə edib ki, Somalilendin sadə sakinləri İsrail tərəfindən tanınma xəbərinə sevinərək bunun iqtisadi inkişaf, turizm və kənd təsərrüfatına sərmayə gətirəcəyini düşünürlər. Lakin onun fikrincə, bu prosesin bölgəyə gətirəcəyi yeganə nəticə yeni bir müharibə olacaq.
13:20 29.12.2025
Oxunuş sayı: 3509