Ermənistanda hakim partiya spiker Alen Simonyanı vəzifəsindən uzaqlaşdırmaq istəyir
Ermənistan mətbuatının məlumatına görə, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvləri Alen Simonyanı parlament spikeri vəzifəsindən çıxarmaq üçün addımlar atır. Partiya daxilində Simonyana qarşı narazılıq artmaqdadır.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumatda qeyd olunur ki, “Vətəndaş Müqaviləsi”nin idarə heyətinin iclaslarında, seçki siyahısına namizədlərin daxil edilməsinin müzakirəsi zamanı, Simonyan həmkarlarına qarşı aqressiv davranış nümayiş etdirib. Narazı üzvlər onun sədrlik vəzifəsindən getməsini təmin etmək üçün hərəkət edəcəklərini bildiriblər.
Eyni zamanda, partiya daxilində baş nazir Nikol Paşinyanın Simonyandan naraz olduğu və onun taleyi ilə bağlı qərarını artıq verdiyi vurğulanır.
Qeyd edilir ki, gələcək parlament spikerinin namizədliyi uzun müddət müzakirə olunur. Əgər 2026-cı il seçkilərində “Vətəndaş Müqaviləsi” əksəriyyəti qazansa, parlamenti keçmiş ABŞ səfiri Lilit Makuntsin idarə edəcəyi ehtimal olunur.
Türkanə Məşədiyeva
13:10 29.12.2025
Oxunuş sayı: 2943