Ukrayna PUA-ları Maykop yaxınlığında hərbi aerodromu hədəfə alıb
Bu gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Adıgey Respublikasında, Maykop şəhəri yaxınlığında yerləşən Hanskaya hərbi aerodromuna hücum edib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videolarda atəş səsləri və partlayışlar eşidilir.
ASTRA nəşrinin jurnalistləri görüntülərdən birini geolokasiya ediblər. Məlumata görə, çəkiliş nöqtəsi aerodromdan təxminən 6,5 kilometr məsafədə yerləşir.
Hazırda aerodromun birbaşa zərər görüb-görmədiyi məlum deyil. Yerli hakimiyyət orqanları insidentlə bağlı rəsmi açıqlama verməyiblər.
Mehriban İbrahimli
13:05 29.12.2025
Oxunuş sayı: 2929