Ermənistan XİN rəhbəri: Türkiyə ilə münasibətlərdə hiss olunacaq irəliləyiş əldə etməyin vaxtıdır
“Ermənistan-Türkiyə münasibətlərində böyük, konkret və hiss olunacaq irəliləyiş əldə etməyin vaxtıdır”.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “İctimai Televiziya”nın efirində bildirib.
“Türkiyə ilə çox intensiv və çox müsbət dialoqumuz var, eyni zamanda, böyük, hiss olunacaq və konkret irəliləyiş əldə etməyin vaxtıdır. Düşünürəm ki, çox yaxın gələcəkdə müsbət irəliləyişlər görəcəyik. Məsələn, ilin sonunadək çox simvolik bir addımın şahidi ola bilərik” - deyə o bildirib.
Günel Verdiyeva
12:47 29.12.2025
Oxunuş sayı: 2733