Paris “İstəklilər Koalisiyası”nın növbəti toplantısına ev sahibliyi edəcək — Makron
Fransa Prezidenti Emmanuel Makron “istəklilər koalisiyası”nın növbəti görüşünün gələn ayın əvvəlində Parisdə keçiriləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makron bu barədə X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, görüşdə koalisiyaya daxil olan ölkələrin hər birinin konkret töhfələri yekunlaşdırılacaq.
Fransa lideri qeyd edib ki, o, digər Avropa ölkələrinin rəhbərləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Kiyev üçün təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edir.
Günel Verdiyeva
12:41 29.12.2025
Oxunuş sayı: 2826