Mirzoyan: Azərbaycanla sülh sazişi üzrə hələ razılaşma yoxdur
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi ilə bağlı mövqelərini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, Ermənistan İctimai Televiziyasının efirində Petros Qazaryanla müsahibəsində bildirib ki, Azərbaycanla əvvəlcədən razılaşdırılmış sülh sazişi imzalanma və daha sonra ratifikasiya mərhələsi ilə tamamlanmalıdır.
Mirzoyan qeyd edib ki, Azərbaycan tərəfinin bu məsələyə yanaşması var və Ermənistan bu yanaşmanı bölüşmür. Onun sözlərinə görə, tərəflər yalnız sənədin nə vaxt və harada imzalanacağı ilə bağlı razılıq əldə edərsə, proses irəliləyə bilər.
“Ya biz razılaşırıq ki, nə vaxt və harada imzalayırıq, ya da razılaşmırıq. Hələ razılaşma yoxdur”, – deyə Ermənistan XİN rəhbəri vurğulayıb.
12:31 29.12.2025
Oxunuş sayı: 2890